Layihələndirmə
Hər layihəyə etibarlı təməl qoymaq üçün texniki tapşırıqdan icra sənədlərinə qədər tam layihələndirmə xidməti təqdim edirik. Mühəndislərimiz və memarlarımız tələblərinizi real və icra oluna bilən həllərə çevirir.
Layihələndirmə mərhələsində büdcə, müddət və normativ tələblər nəzərə alınır ki, tikinti prosesi zamanı gözlənilməz problemlərin qarşısı əvvəlcədən alınsın.
- Memarlıq konsepsiyasının hazırlanması
- Konstruktiv həllərin işlənməsi
- Mühəndis kommunikasiyalarının layihələndirilməsi
- 3D vizuallaşdırma
- Smeta və material hesablamaları
- Müvafiq qurumlarda razılaşdırma